Fransalı əfsanəvi Jan-Pyer Papen ölümlə hədələnib.
İdman.biz xəbər verir ki, hadisə onun doğma şəhəri Marseldə baş verib.
Şəhərin eyniadlı klubunun əvəzedici heyətini çalışdıran mütəxəssisdən Marseli tərk edilməsi tələb olunub. Əks halda Jan-Pyerin öldürüləcəyi deyilib.
Papenin klubun idman direktoru Ali Zarrakla münasibətləri qaydasında deyil. O, buna etiraz əlaməti olaraq 5-ci gün işə çıxmır. Hər şey ötən mövsüm Cenaro Qattuzonun istefaya göndərilməsindən sonra başlayıb. Papenin əsas komandanın baş məşqçi təyin olunmaması onu narazı salıb.
Qeyd edək ki, əfsanəvi futbolçunun evini mühafizəçilər qoruyur.
İdman.biz