Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında ikinci yeri tutan Azərbaycan millisi mükafatlandırılıb.
İdman.biz-in məlumatına görə, 25 metr məsafəyə tapançadan standart atəşaçma yarışının qalibləri medallarını alıblar.
Mükafatlandırma mərasimində Zeynəb Sultanova, Nigar Nəsirova və Nərminə Səmədovadan ibarət "üçlüy"ə gümüş medalı gənclər və idman naziri Fərid Qayıbov təqdim edib.
Yarışda Çin qızıl, Hindistan isə bürünc medal qazanıb.
İdman.biz