Cüdo üzrə Bakı şəhər çempionatı keçiriləcək

Xəbərlər
11 Noyabr 2025 23:20
42
Cüdo üzrə Bakı şəhər çempionatı keçiriləcək

Noyabrın 13–14-də cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək.

İdman.Biz bildirir ki, turnirdə 31 klub və idman cəmiyyətini təmsil edən 212 cüdoçu mübarizə aparacaq.

Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə çempionatında iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

Çempionat Abşeron Olimpiya İdman Kompleksində olacaq.

İdman.Biz