Veteran futbolçu: "Araz-Naxçıvan"ın "Aris"i keçmək üçün şansı var"

Xəbərlər
20 İyul 2025 16:36
33
Veteran futbolçu: "Araz-Naxçıvan"ın "Aris"i keçmək üçün şansı var"

"Araz-Naxçıvan" cavan komandadır, avrokubok təcrübəsi o qədər də çox deyil".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin veteran futbolçusu Rahid Əmirquliyev Sportal.az saytına açıqlamasında deyib.

O, Konfrans Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan”ın “Aris” qarşısındakı şanslarını dəyərləndirib.

Əmirquliyevin fikrincə, Naxçıvan təmsilçisinin “Aris”lə görüşlərdə şansı var: "Aris" isə çox yaxşı klubdur, Yunanıstanın aparıcı klublarından biridir. Sadəcə həm onların, həm də "Araz-Naxçıvan”ın da birinci rəsmi görüşü olacaq. Birinci oyunda komandalar istər-istəməz tam gücünü göstərə bilmirlər. "Araz-Naxçıvan"ın "Aris"i keçmək üçün şansı var. Təbii ki, bundan yaxşı istifadə etmək lazımdır. Yoxsa, əlbəttə ki, "Aris" yaxşı komandadır və "Araz-Naxçıvan"a çətin anlar yaşada bilər".

İdman.biz