"Qalatasaray" İtaliya klubunu məhkəməyə verib

Xəbərlər
20 İyul 2025 09:41
47
"Qalatasaray" İtaliya klubunu məhkəməyə verib

"Qalatasaray" əsas müdafiəçisi Devinson Sançeslə komandanın razılığı olmadan danışıq aparan İtaliyanın "Komo" klubu ilə bağlı məhkəmə prosesinə hazırlaşır.

İdman.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul nəhəngi kolumbiyalı futbolçusu ilə 2027-ci ilə qədər müqavilə bağlayıb.

Klub rəhbərliyi Sançesi qəti şəkildə satmaq fikrində deyil və onu yüksək maaş təklif edərək şirnikləndirməyə çalışan "Komo"ya kəskin etirazını bildirib.

İtaliya tərəfinin hərəkətlərinə cavab olaraq, "Qalatasaray" məhkəmə prosesinin başladığını elan edib və Sançesə təkmilləşdirilmiş şərtlər və yeni müqavilə təklif etmək niyyətindədir.

İdman.biz