Belçikalı futbolçu Tomas Meunier “Trabzonspor”la yollarını ayırıb.
İdman.biz xəbər verir ki, o, müqaviləni birtərəfli qaydada ləğv edib.
Trabzon klubunun rəhbərliyi futbolçunun onlara məlumat vermədən bu addımı atdığını və məsələ ilə bağlı müvafiq qurumlara şikayət edəcəklərini açıqlayıb. Bu ilin fevralında "Borussiya"dan (Dortmund) “Trabzonspor”a keçən Meunierin komanda ilə 2025-ci il iyunun sonunadək müqaviləsi var.
Qeyd edək ki, belçikalı müdafiəçi klubda keçirdiyi 19 oyunda 1 qol və 7 ötürmə ilə yadda qalıb.
İdman.biz