Faiq Hacıyev daha 1 il “Turan Tovuz”un şərəfini qoruyacaq.
İdman.biz xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
Cinah müdafiəçisi mövqeyində çıxış edən Faiq 2022-ci ildə “Qəbələ”dən “Turan Tovuz”a keçib. O, 2023/2024 mövsümündə 33 oyunda 3 qol vurub.
Qeyd edək ki, Tovuz klubu Oto Con, Sadiq Quliyev, Alexandro Serrano, Emmanuel Hakman, Aleks Souza və Şəhriyar Əliyevlə müqaviləni yeniləyib.
İdman.biz