“Səbail”in 6 legioneri ilə yollarını ayıracağı dəqiqləşib.
Klubdan İdman.bizə verilən məlumata görə, Bakı təmsilçisinin aparıcı futbolçuları növbəti mövsüm komandada qalmayacaqlar.
Onların arasında komandanın bombardiri Aleksandr Ramalinqom və əsas heyət oyunçusu Pedro Nuno da var. Bundan başqa, Anas Najah, Valdemar Almeyda, Yadin Luqasi, Nir Bardea da gələn mövsüm “dənziçilər”in formasını geyməyəcək.
Ayrılıqlara səbəb isə klubun büdcəsinin azaldılması, legionerlərə istədiyi məbləğlərin verilə bilməməsi olub.
Qeyd edək ki, komanda bir gün öncə kapitan Ağabala Ramazanovla da müqaviləni uzatmayıb.
Emin Ağa
İdman.biz