19 yaşadək futbolçular arasında Avropa çempionatının püşkü atılıb.
İdman.biz xəbər verir ki, 2024/25 mövsümünün seçmə mərhələsinin qrupları bəlli olub.
İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. U-19 İrlandiya, İslandiya və Moldova ilə 7-ci qrupda mübarizə aparacaq.
Qeyd edək ki, final mərhələsi 2025-ci ildə 8 komandanın iştirakı ilə Rumıniyada keçiriləcək.
İdman.biz