“Qarabağ”ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib

24 May 2026 12:20
170
“Qarabağ”ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Qarabağ”ın birinci təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

İdman.Biz “Qarabağ” futbol klubunun mətbuat xidmətinə istinaədən xəbər verir ki, oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq.

Bu komandalar püşkatmada reytinqinə əsasən iki səbətə bölünəcək. “Qarabağ”, həmçinin “Ferentsvaroş” (Macarıstan), “Dinamo” (Kiyev, Ukrayna), “Hayduk” (Xorvatiya), MOİK (Bolqarıstan) və “Şerif” (Moldova) səpələnmişlər sırasında olacaq.

Mümkün rəqiblərin qərarlaşdığı səpələnməmiş səbətində isə aşağıdakı komandalar yer alıb: “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya).

Qeyd edək ki, birinci təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Ertəsi gün ikinci təsnifat mərhələsinin püşkatması olacaq.

İdman.Biz