Fransa yığmasının ulduz futbolçusu Kilian Mbappe milli komandanın düşərgəsindən ayrılacaq.
İdman.Biz xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Hücumçunun sağ topuğundakı zədəsi səbəbindən oyunda iştirak etməyəcəyi bildirilib.
Mbappenin durumunda risk olduğundan o, heyətdən çıxarılıb və yaxın günlərdə tibbi prosedurlara başlayacaq. Bu səbəbdən hücumçu Azərbaycan yığması ilə qarşıdakı oyunda Fransa millisinə kömək edə bilməyəcək.
Qeyd edək ki, Azərbaycan - Fransa qarşılaşması 16 noyabr saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
