DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan - Fransa oyunu öncəsi mətbuat konfransları və açıq məşqlərin vaxtları açıqlanıb.
Bu barədə İdman.Biz-ə AFFA-dan məlumat verilib.
Əvvəlcə meydan sahiblərinin, sonra isə Azərbaycan yığmasının açıq məşqi baş tutacaq.
15 noyabr
Fransa milli komandası
17:00. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Azərbaycan milli komandası
19:30. Mətbuat konfransı
20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd: Mətbuat konfransları və açıq məşqlər Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
