U-19 komandamız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq

Xəbərlər
12 Noyabr 2025 13:02
35
U-19 komandamız Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq

Bu gün Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verəcək.

İdman.Biz xəbər verir ki, 13-cü qrupda çıxış edən komanda Çexiya yığması ilə qarşılaşacaq.

Oyun Maltanın Ta Qali şəhərindəki “Sentenari” stadionunda Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Matçın baş hakimi Finlandiyadan olan Oliver Reytala təyin edilib.

Qeyd edək ki, U-19 komandası 15 noyabrda Şimali İrlandiya ilə, üç gün sonra isə Malta ilə qarşılaşacaq. Hər iki oyun Maltanın Ta Qali şəhərində təşkil olunacaq.

İdman.Biz