“Qarabağ” klubu dünya reytinqində 17 pillə yüksəlib.
İdman.Biz xəbər verir ki, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb.
192,25 xala malik Azərbaycan çempionu 82-ci pillədən 65-ci yerə yüksəlib.

“Sabah” 296-cı pillədən 276-cı, “Zirə” 407-dən 387-ci, “Araz-Naxçıvan” isə 391-dən 390-cı yerə yüksəlib.


Xatırladaq ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.
