Əliyar Ağayev "Slaviya" - "Arsenal" oyununu idarə edəcək - VİDEO

Xəbərlər
2 Noyabr 2025 15:10
67
Əliyar Ağayev "Slaviya" - "Arsenal" oyununu idarə edəcək - VİDEO

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

"Report"un məlumatına görə, o, Çexiyada yerli "Slaviya" və İngiltərənin "Arsenal" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.

Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri olacaq, Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Slaviya" - "Arsenal" matçı noyabrın 4-də baş tutacaq.

İdman.Biz