"Barselona" Levandovskini Harri Keynlə əvəzləyə bilər

Xəbərlər
2 Noyabr 2025 14:33
52
"Barselona" Levandovskini Harri Keynlə əvəzləyə bilər

"Barselona" "Bavariya"nın hücumçusu Harri Keynin transferi ilə bağlı məlumat toplayır.

İdman.Biz Sport.es-ə istinadən xəbəb verir ki, ingilis futbolçu İspaniyaya mümkün keçidə müsbət yanaşır.

Mənbənin məlumatına əsasən, 2026-cı ilin yayında 32 yaşlı hücumçunun müqaviləsində €65 milyon dəyərində sərbəstqalma maddəsi aktivləşəcək. Kataloniya təmsilçisi Keyni 37 yaşlı Robert Levandovskinin yerinə transfer etməyi planlaşdırır. Bununla belə, keçidin reallaşması "Barselona"nın maliyyə durumundan asılı olacaq.

Keynə "Barselona"dan başqa, onu geri qaytarmaq istəyən "Tottenhem" və eləcə də Səudiyyə Ərəbistanı klubları da maraq göstərir.

Qeyd edək ki, bu mövsüm Keyn bütün turnirlərdə 15 oyuna çıxaraq 22 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun "Bavariya" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri €75 milyon təşkil edir.

İdman.Biz