Məhəmməd Salah Premyer Liqada Ueyn Runinin rekordunu təkrarlayıb - VİDEO

Xəbərlər
2 Noyabr 2025 11:11
49
Məhəmməd Salah Premyer Liqada Ueyn Runinin rekordunu təkrarlayıb - VİDEO

İngiltərə Premyer Liqasının 10-cu turunda “Liverpul”un hücumçusu Məhəmməd Salah növbəti tarixi nailiyyətə imza atıb.

İdman.Biz xəbər verir ki, 33 yaşlı misirli futbolçu “Aston Villa” ilə görüşdə 45+1-ci dəqiqədə fərqlənərək komandasını önə çıxarıb.

Bu qol sayəsində Salah, “Liverpul” heyətində vurduğu qollar və verdiyi ötürmələrin cəmi üzrə Premyer Liqa rekordunu təkrarlayıb.

Hazırda onun aktivində bir klubun heyətində 276 məhsuldarlıq (188 qol və 88 ötürmə) var. Bu göstəriciyə qədər rekord “Mançester Yunayted”in sabiq ulduzu Ueyn Runiyə məxsus idi – 183 qol və 93 ötürmə (ümumilikdə 276).

Bundan əlavə, Salah “Liverpul” tarixində 250 qol həddini keçən üçüncü futbolçu olub.

“Liverpul” isə “Aston Villa” üzərində 2:0 hesablı qələbə qazanıb. Komandanın digər qolunu 58-ci dəqiqədə Qravenberx vurub.

Qeyd edək ki, cari mövsümdə Məhəmməd Salah bütün turnirlərdə 14 oyuna çıxıb, 5 qol vurub və 3 asist edib.

İdman.Biz