Kilian Mbappe Avropanın "TOP-5" liqalarında Anrini geridə qoydu

Xəbərlər
2 Noyabr 2025 10:21
47
Kilian Mbappe Avropanın "TOP-5" liqalarında Anrini geridə qoydu

Fransalı ulduz Kilian Mbappe tarixi nailiyyət əldə edib.

“Real”ın hücumçusu Avropanın aparıcı beş liqasında vurulan qolların sayına görə əfsanəvi Tyerri Anrini arxada qoyub.

İdman.Biz-in məlumatına görə, Mbappe La Liqanın 11-ci turunda “Valensiya”ya qarşı keçirilən oyunda dubl edib və elit liqalardakı ümumi qol sayını 235-ə çatdırıb.

Fransız forvard hər iki qolunu ilk hissədə vurub. Həmçinin “Real”ın heyətində Cud Bellinqhem və Fernandes də fərqləniblər. Görüş “kral klubu”nun 4:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Tyerri Anri futbolçu karyerasını 233 qolun müəllifi kimi başa vurmuşdu. O, bu nəticəni İngiltərə, Fransa, İspaniya və İtaliya çempionatlarında göstərmişdi. Mbappe isə “Monako” və “PSJ” formalarında Liqa 1-də 191 dəfə fərqlənib, “Real”a keçdikdən sonra isə La Liqada 45 oyunda 44 qol vurub.

Noyabrın 1-də baş tutan bu qarşılaşmadan sonra “Real Madrid” La Liqada liderliyini davam etdirir.

İdman.Biz