Harri Keyn Avropa çempionatları tarixinin əlavə vaxtda ən erkən qolunun müəllifi olub.
İdman.biz xəbər verir ki, o, overtaymın 50-ci saniyəsində fərqlənib.
AVRO-2024-ün 1/8 finalına İngiltərə Slovakiyaya 2:1 hesabı ilə qalib gəlib. Keyn başla qələbə topunun müəllifi olub.
Qeyd edək ki, İngiltərə ¼ finalda İsveçrə ilə qarşılaşacaq.
İdman.biz