Dünya reytinqi: Yığmamızdan 11 pilləlik irəliləyiş

Xəbərlər
19 İyul 2025 09:38
40
Dünya reytinqi: Yığmamızdan 11 pilləlik irəliləyiş

Dünya Qadın Seriyasının Buxarest mərhələsindən sonra basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi də siyahıda yer alıb.

Mərhələnin qalibi olan yığmamız dünyada 21-cidir. Komandanın hesabında 131,248 xal var. Millimiz ötən siyahı ilə müqayisədə aktivinə 47,257 xal əlavə edib, 11 pillə irəliləyib.

Qeyd edək ki, cədvələ Niderland millisi başçılıq edir - 547,624 xal.

İdman.biz