“Neftçi”nin yay hazırlıq planı müəyyənləşib

9 İyun 2026 13:31
119
“Neftçi”nin yay hazırlıq planı müəyyənləşib

“Neftçi” komandasının 2026/2027 mövsümü üçün yay hazırlıq planı böyük ölçüdə bəlli olub.

İdman.Biz report.az-a istinadən xəbər verir ki, “ağ-qaralar” iyunun 10-da Bakıda toplaşacaq.

Paytaxt təmsilçisi bundan təxminən bir həftə sonra Sloveniyaya yollanacaq. Yuri Vernidubun baş məşqçisi olduğu kollektiv burada 3-4 yoxlama oyunu keçirmək niyyətindədir.

Qeyd edək ki, “Neftçi” növbəti mövsüm UEFA Konfrans Liqasında iştirak edəcək.

İdman.Biz